Haqqımızda

“NEFTMAŞTƏMİR” Açıq Səhmdar Cəmiyyəti olaraq (VÖEN: 9900040501) zavod maşın və avadanlıqların, nasos və kompressorların istehsalı və təmiri sahəsində böyük təcrübəyə malikdir və 1960-ci il tarixindən fəaliyyət göstərir. Zavodumuz bu günə qədər böyük layihələrin iştirakçısı, dövlət idarələri, nazirliklərin o cümlədən, ölkədə qabaqcıl mövqe tutan özəl şirkətlərlə çalışaraq hər zaman öz nüfuzunu qoruyub saxlamışdır.

Bunlara misal olaraq Azərbaycanda fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “AZNEFT” İstehsalat Birliyi , “Azərbaycan Dəmir Yolları” QSC , “BAKU STEEL COMPANY” QSC “Nəzarət ölçü cihazları və Avtomatika” MMC, “Bakı Unversal Maşınqayırma” MMC, “Sinam” MMC, “Avtomobil Yollarının Rabitə və İşıqlandırılması” MMC, “Yanar Dağ LTD” MMC və s. Nüfuzlu şirkətlərə xidmət gösdərir.

Ölkənin aparıcı şirkətləri ilə etibarlı əməkdaşlıq.

AAY
Socar

Müəssisəmizdə müxtəlif çeşidli yüzdən artıq avadanlıq mövcuddur. Həmçinin müəssisəmizdə keyfiyyətin təmin olunması məqsədilə bir çox məhsullar rəqəmsal proqramla idarə olunan torna dəzgahlarında emal olunur. Müəssisəmizdə metal konstruksiyanın yığılması, rənglənməsi, qumlanması sahələridə mövcuddur. Eyni zamanda biz yeni avadanlıqlar sifariş verərək öz istehsal sahəmizi daha da genişləndirərək gələcək planlarımızda metal əritmə sobalarının avadanlıqlarının, toz tutma qurğularının istehsalı , yayma xətti avadanlıqlarının istehsalı, kənd təsərrüfatı texnikalarının istehsalı və s. sahəsində fəaliyyətimizi genişləndirməyi planlaşdırırıq.

Beynəlxalq sertifikatları əsasında fəaliyyət göstərir..
Beynəlxalq sertifikatları əsasında fəaliyyət göstərir.

Əlavə olaraq onuda nəzərinizə çatdırmaq istərdik ki, müəssisəmiz İSO 9001, İSO 14001, ISO 45001 beynəlxalq sertifikatları əsasında fəaliyyət göstərir..