"Neftmaştəmir ASC"

“NEFTMAŞTƏMİR” Açıq Səhmdar Cəmiyyəti olaraq (VÖEN: 9900040501) şirkət maşın və avadanlıqların, nasos və kompressorların istehsalı və təmiri sahəsində böyük təcrübəyə malikdir və 1960-ci il tarixindən fəaliyyət göstərir. Şirkətimiz bu günə qədər böyük layihələrin iştirakçısı, dövlət idarələri, nazirliklərin o cümlədən, ölkədə qabaqcıl mövqe tutan özəl şirkətlərlə çalışaraq hər zaman öz nüfuzunu qoruyub saxlamışdır. Bunlara misal olaraq Azərbaycanda fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “AZNEFT” İstehsalat Birliyi , “Azərbaycan Dəmir Yolları” QSC , “BAKU STEEL COMPANY” QSC “Nəzarət ölçü cihazları və Avtomatika” MMC, “Bakı Unversal Maşınqayırma” MMC, “Sinam” MMC, “Avtomobil Yollarının Rabitə və İşıqlandırılması” MMC, “Yanar Dağ LTD” MMC və s. Nüfuzlu şirkətlərə xidmət gösdərir.

Əlavə olaraq onuda nəzərinizə çatdırmaq istərdik ki, müəssisəmiz İSO 9001, İSO 14001, ISO 45001 beynəlxalq sertifikatları əsasında fəaliyyət göstərir.

Müəssisəmizdə müxtəlif çeşidli yüzdən artıq avadanlıq mövcuddur. Həmçinin müəssisəmizdə keyfiyyətin təmin olunması məqsədilə bir çox məhsullar rəqəmsal proqramla idarə olunan torna dəzgahlarında emal olunur. Müəssisəmizdə metal konstruksiyanın yığılması, rənglənməsi, qumlanması sahələridə mövcuddur. Eyni zamanda biz yeni avadanlıqlar sifariş verərək öz istehsal sahəmizi daha da genişləndirərək gələcək planlarımızda metal əritmə sobalarının avadanlıqlarının, toz tutma qurğularının istehsalı , yayma xətti avadanlıqlarının istehsalı, kənd təsərrüfatı texnikalarının istehsalı və s. sahəsində fəaliyyətimizi genişləndirməyi planlaşdırırıq.

Mənfəət Vergisinin Bəyannaməsi:
Endir..
Endir..
Endir..

Nasosların Təmiri

MƏRKƏZDƏN QAÇMA NASOSLARIN TƏMIRI.

İşçi çarx adətən iki diskdən ibarətdir – ön və arxa disklər. İşçi pərlər (kürəklər) bu iki disk arasında yerləşir. İşçi pərlərin sayı adətən 6-dan 8-ə qədər olur. Bir ədəd işçi çarx 3000 dövr/dəq olduqda 200…250 m basqı yarada bilir. Yüksək təzyiq yaratmaq məqsədilə çoxpilləli (yəni işçi çarxları val üzərində ardıcıl yerləşdirməklə) nasoslardan istifadə olunur. Nasosun bir pilləsinin basqısını saxlamaq şərtilə məhsuldarlığı artırmaq üçün işçi çarx iki tərəfli maye girişlə hazırlanır. İşçi çarx adətən iki diskdən ibarətdir – ön və arxa disklər. İşçi pərlər (kürəklər) bu iki disk arasında yerləşir. İşçi pərlərin sayı adətən 6-dan 8-ə qədər olur. Bir ədəd işçi çarx 3000 dövr/dəq olduqda 200…250 m basqı yarada bilir. Yüksək təzyiq yaratmaq məqsədilə çoxpilləli (yəni işçi çarxları val üzərində ardıcıl yerləşdirməklə) nasoslardan istifadə olunur. Nasosun bir pilləsinin basqısını saxlamaq şərtilə məhsuldarlığı artırmaq üçün işçi çarx iki tərəfli maye girişlə hazırlanır. Spiral kamera – işçi çarxdan müəyyən sürətlə çıxan maye axınını toplayır. Spiral kameranın davamı olan konusvari genişləndiricisində (diffuzorda) sürət enerjisi təzyiq enerjisinə çevrilir. Nasosun valı – mühərrikin burucu momentini nasosun valında tərpənməz vəziyyətdə yerləşən işçi çarxlara ötürür. Yığılmış vəziyyətdə val və işçi çarxlar birgə fırlanan nasos düyünü təşkil edir. Bu düyün rotor adlanır.

Kipkəc düyünü – nasosun ən məsuliyyətli düyünü hesab olunur, nasosun valının çıxan yerində maye sızmalarının qarşısını alır və eyni zamanda nasosda vakuum olduqda hava daxil olmasına imkan vermir. Kipkəcin pis işləməsi nasosu sıradan çıxarır və yanğın törədə bilər. Yastıqlar – nasoslarda əsasən diyircəkli (kürəcikli, radial və radial dayaq) və sürüşmə yastıqlardan istifadə edilir. Kipləşdirici həlqələr – nasosun gövdəsində və işçi çarxlar arasında qoyulur, əsasən nasosun gövdəsinin daxilində pillələr arasında maye sızmasının qarşısını alır.

Mufta Boru Kəməri

MUFTA-BORU KƏMƏRI QURULUŞUNUN QURAŞDIRILDIĞI BIRLƏŞDIRICI HISSƏDIR.

Birləşdirən elementlər olmadan boru kəməri müəyyən bir uzunluqda bir borudan ibarət düz bir seqment olacaqdır. Müasir boru kəməri strukturları bir-birinə yerləşmə üçün müxtəlif seçimlərə sahib olan bir çox hissənin mövcudluğu ilə fərqlənir. Fərqli fırlanma açılarına da sahib ola bilərlər, buna görə də bu tip hissələr quraşdırma zamanı buraxıla bilməz. Müxtəlif növ muftaların köməyi ilə poladdan və digər metal borulardan boru kəmərləri quraşdırılır. Boru kəməri elementləri öz oxları ətrafında dönə bilmədikdə bu tip yiv birləşmələrindən istifadə olunur.

Zavodumuz bütün detalları nəzərə alaraq, istehsal etdiyi birləşmələrin ən xırda incəliklərinə kimi qeydə alır. Bu səbəbdən də, material boru kəmərlərinin növünə görə seçilir. İstehsal etdiyimiz birləşdiricilərdə əlaqələrin keyfiyyətinin artırılmasına səbəb olan əlavə materiallardan istifadə edərək quraşdırılır.

Bundan əlavə bizim birləşdiricilərdən istifadə etməklə plastik və metal məhsulları asanlıqla birləşdirə bilərsiniz. Hal-hazırda hər biri özünəməxsus keyfiyyətlərə malik olan bu birləşdirici elementlərin bir neçə növü var. Həmçinin, demək olar ki, hər vəziyyətdə istifadə edilə bilən universal seçimlər təqdim edirik. Bunnan əlavə zavodumuz neft şirkətləri üçün flansların hazırlanmasında böyük təcrübəyə malikdir. Flans boru ucları arasında əlaqə üçün istifadə olunan şaftı millə birləşdirən hissədir; o, həmçinin avadanlığın giriş və çıxışında reduktor flanşı kimi iki avadanlıq arasında əlaqə üçün istifadə olunur. Flanş bağlantısı və ya flanş birləşməsi, birləşmiş sızdırmazlıq quruluşunun bir qrupu kimi flanş, conta və bolt ilə ayrıla bilən birləşməyə aiddir. Boru kəməri flanşı boru kəməri cihazında boru kəmərləri üçün istifadə olunan flanca, avadanlıq üçün isə avadanlığın giriş və çıxış flanşına aiddir. Flanşda deşiklər var və boltlar iki flanşı sıx birləşdirir. Flanş conta ilə möhürlənmişdir. Flanş yivli birləşmə (yivli birləşmə) flanşına, qaynaq flanşına və sıxac flanşına bölünür. Flanş cüt-cüt istifadə olunur, aşağı təzyiqli boru kəməri vida flanşını, dörd kiloqramdan çox təzyiq istifadə qaynaq flanşını istifadə edə bilər. İki flanş plitəsi arasında conta əlavə edin və sonra onları boltlar ilə bərkidin. Fərqli təzyiqin flanş qalınlığı fərqlidir və müxtəlif boltlar istifadə edirlər.

Sənaye Reduktorları

SƏNAYE REDUKTORLARININ EHTİYYAT HİSSƏSİ

Bu ehtiyat hissələri bütün əsas istehsalçıların dişli qutularında istifadə edilə bilər. Ehtiyat hissənin istehsalı “Neftmaştəmir” zavodu tərəfindən bütün iş əməliyyatlarını kompleks yerinə yetirmələri səbəbindən çatdırılma müddəti mümkün qədər qısa olacaqdır. Zavodumuzun xidmət şəbəkəsi yüksək keyfiyyətli və vaxtında xidmət təmin edir..

İstehsalçıdan asılı olmayaraq bütün növ ehtiyat hissələrinin istehsalı və satışı mümkündür. Ehtiyat hissələri, müştərinin təqdim etdiyi eskiz, rəsm və nümunələrə görə ciddi keyfiyyət standartları nəzərə alınaraq qısa müddətdə istehsal ediləcəkdir. Təchiz olunan komponentlər və ehtiyat hissələri uzun ömür, yüksək mexaniki və dinamik yüklərə qarşı müqavimət göstərir. Artan güc sayəsində məhsullar uzun müddət işlək vəziyyətdə qalır.

Belə bir alış mütləq müştərinin gözləntilərini qarşılayacaq, yalnız xidmət göstərilən bölmələrin deyil, ümumiyyətlə istehsal proseslərinin səmərəliliyini və məhsuldarlığını artıracaqdır. İşində müasir texnologiyalardan geniş istifadə edən zavodumuz sizə istənilən ehtiyat hissələrinin geniş çeşidini təqdim edir.

Val-Fırlanma

VAL — FIRLANMA SƏTHINƏ MALIK OLAN AVADANLIQLARIN TƏRKIB HISSƏSI OLMAQLA FIRLANAN HISSƏLƏRƏ DAYAQ VERMƏK ÜÇÜN TƏTBIQ OLUNUR.

Bir ulduzdan mürəkkəb qeyri-standart avadanlıqlara qədər bütün məhsullarımız üçün zəmanət veririk. Bu isə sizin seçiminizə və keyfiyyətə əmin olmanızı təmin edəcək. Kiçik və orta miqyaslı istehsalda valların xarici səthləri universal dəzgahlarda hazırlanır. Ölçü və dizaynın müxtəlifliyinə baxmayaraq, vallar tək bir texnoloji sxemə uyğun olaraq işlənir.

Valların ölçülərindən asılı olaraq, onların istehsalının texnoloji prosesi yalnız emal ardıcıllığı və ya əlavə əməliyyatların tətbiqi ilə fərqlənə bilər. Valların ölçüləri ümumiyyətlə mürəkkəb formadadır. Bəzi vallarda radial dəliklər vardır (yağ tədarükü üçün).

Ən çox istifadə edilən pilləli vallardır. Bir mərhələdən digərinə keçərkən yivləri və ya keçid səthləri var. Bəzi valların dinamik tarazlaşdırılması lazımdır. Sektordakı bütün inkişafları yaxından izləyərək həm müştərilərimiz, həm də digər sektorun maraqlı tərəfləri ilə iş birliyində çalışırıq.

Mexaniki Klapanlar

MEXANIKI KLAPANLAR BEYNƏLXALQ STANDARTLARA UYĞUN OLARAQ DƏYIŞKƏN ÖLÇÜLƏRDƏDIRLƏR.

Mexaniki klapanlar ümumiyyətlə mühərrik və ya silindr istiqamətini idarə etmək üçün istifadə olunur; bir dövrədə digər funksiyaları da yerinə yetirə bilərlər. Klapanlar mexaniki və ya elektron olaraq istifadə olunur. Mexaniki klapanlar fərqli funksiyaları da yerinə yetirərək, sistemin daha yaxşı işləməsini təmin edir.

sənayenin müxtəlif sahələrində istismar olunan texnoloji proseslərin avtomatik idarəetmə və nəzarət sistemlərinin ən mühüm tərkib hissələrindən biridə klapanlardır.

Klapanlar texnoloji xəttə müəyyən şərtlər daxilində (təzyiq,temperatur,sərfin qalxması, axının istiqamətinin dəyişməsi zərurəti və s hallar) maye (qazın) axınını bağlaması, açılması və tənzimlənməsi üçün nəzərdə tutulan qurğudur. Klapanlar icra mexanizmi olaraq avtomatik idarəetmə sistemlərində əsas rolu, kontrollerdən daxil olmuş tapşırıq siqnal əsasında quraşdırıldığı boruda maye axınını tənzimləməkdən, digər xəttə yönləndirməkdən və ya tam açıb-bağlamaqdan ibarətdir.
Klapanlar əsasən iki hissədən ibarətdir. 1. Əsas hissə (korpus) boru xəttində axan maye (qaz və s) ilə təmasda olub ona birbaşa təsir edə bilən mexaniki hissələrdən ibarətdir. 2.Aktuatorlar. Klapanın bu hissəsi müxtəlif enerji (elektrik, pnevmatik,hidravlik) növlərindən istifadə etməklə klapanın hərəkətli mexanik hissəni (ştokunu) hərəkətə gətirə bilən (yəni enerjini hərəkətə çevirə bilən) mexanizmdən ibarətdir.

Dişli Çarxlar

DIŞLI ÇARXLAR ƏN GENIŞ ISTIFADƏ DAIRƏSINƏ MALIK OLMAQLA, ISTIFADƏ EDILƏ BILƏN, ÖTÜRÜLƏ BILƏN, HƏM GÜC, HƏM DƏ SÜRƏT BAXIMINDAN XÜSUSI MÖVQE TUTAN MEXANIZMLƏRDIR.

“Neftmaştəmir” güclü və keyfiyyətli dişli çarx istehsalında sektorun əsas həll tərəfdaşıdır. Uzun illərdən bəri dürüst və müştəri məmnuniyyətini hədəf alaraq əhəmiyyətli işlər aparmışdır. Texnoloji inkişaflara görə özümüzü yeniləyirik və müştərilərin məmnuniyyətini artırmaq, müştərilərimizin mövcud və gələcək gözləntilərini qarşılamaq üçün bütün işçilərimizin fəal iştirak etdiyi komanda ruhu ilə dayanmadan çalışırıq.

Dişli çarxların istehsalında polad materialdan istifadə olunaraq, maye və qaz sementasiyası aparılır. İstiqamət və profil yoxlamaları davamlı olaraq həyata keçirilir. İnşaat maşınlarında və reduktor qutularında istifadə olunan dişli çarxlar mövqe baxımından əhəmiyyətli bir vasitədir. İstədiyiniz ölçüdə dişli çarxlarımız mövcuddur və ehtiyac olduqda dünya standartlarına uyğun istehsal olunması da mümkündür. İstehsal etdiyimiz dişli çarxlar ASA və RH faktorları ilə istehsal olunur.

Bir cərgəli, iki cərgəli, üç sıra və dörd sıra zəncirli dişlilər və xüsusi növ zəncir dişlilər istehsal olunur. Dişli çarxları dəyərli müştərilərimizə keyfiyyət, dəqiqlik və müştəri məmnuniyyətindən ödün vermədən optimal qiymətlərlə təklif edirik.

Xidmətlərimiz


Neft-mədən avadanlıqları

Naxışlı işıq dirəkləri

Skamekalar, çuqund tökmə qollarla

Məhəccərlər, alüminium tökmə naxışlarla, su kanalizasiya, quyu qapaqları, su barmaqlıqları və.s kardan ,val, slindir,zadvişka, traktorların bəzi metaldan ibarət olan ehtiyyat hissələri,sepli traktorlarin rolikləri,konlarin dişləri,və.s

Kənd təsərrüfatı texnikalarının mexaniki ehtiyyat hissələri.

Dəmir yolu lokamativlərinin bir çox ehtiyyat hissələri

Kənd təsərrüfatı texnikalarının mexaniki ehtiyyat hissələri.

Kərpic zavodlarda,dəyirmanlarda,daş karxanalarında istismar olunan iri vallar, kardanlar,mexaniki birləşmələr,və.s

Müxtəlif növ (düz,əyri,spiralvari,şevron) dişli çarxaların hazırlanması

VL-11 tipli elektrovozun təkər üstünün böyük dişli dəsti

ER-2 kiçik dişli çarxı

ER-2 dartı reduktorunun dayağı

Reduktor

Dişli çarx dəsti

Avto qoşunun asılqan dəsti

Kompressorun ötürücü muftası

Kristavin ( mühərrik üçün)

TL-2K Dartı mühərrikinin kiçik qapağı

Labirint

VL-11 tipli elektrovozun təkər Z23 dişli çarxı

VL-8 elektrovozun Z21 dişli çarxı

VL-11 tipli elektrovozun asılqanın komplekt dəsti

VL-11 tipli elektrovozun şarniri

VL-8 tipli elektovozun təkər mərkəzinin təmiri

Mühərrikin ox yastığının tökmək üçün koklelin gövdəsi

Elektrovozun qoşqu mərkəzi tiri

İnduktiv qızdırıcının ön qapağı

Mühərrikin ox yastığının tökmək üçün koklelin içliyi

Kələbək Ventil

Y tipli, Disk tipli, Toplu Əks Klapanlar

Demontaj hissələri

Metal birləşmələr

Dirsəklər

Metal kortəpə

Kürəsəl ventil

Metal düz keçid

Kompensator

Metal dirsəklər

Metal araqatı

Üçlü keçid

Flyanslı Ventil, yupkalı flyans, metal kor flyans

U-PVC oymaq

U-PVC tıxac

HDPE Kaplin Ventillər

Araqatlar

Sürgülü Siyirtmə

Kələbək Ventil

Yivli və yivsiz birləşmələr

Müxtəlif növ kompressorların və nasosların ehtiyyat hissələrinin istehsalı

Fontan armaturları

Dişli çarxlar

Tökmə işləri